Logo

BŞTİ-də 29 nəfər könüllü kimi fəaliyyətə başlayıb

02.11.2022 12:20 544 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən VII Könüllülük Proqramı çərçivəsində 29 nəfər könüllü fəaliyyətə başlayıb.

bu barədə "Tehsil.biz"ə idarədən məlumat verilib.

Qeyd edilib ki, VII Könüllülük Proqramına 100-dən çox gənc elektron qaydada ([email protected]) müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 70 nəfər müsahibəyə çağırılıb. Seçimlərin nəticələrinə uyğun olaraq, 29 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrinə könüllü kimi cəlb olunub.

Könüllü gənclər BŞTİ-də 3 ay təcrübə keçəcəklər. Onlara proqramın sonunda BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2014-cü ildən etibarən könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək İdarə tərəfindən həyata keçirilmiş Könüllülük Proqramlarında 200 nəfərə yaxın gənc iştirak edib. Onlardan 19 nəfəri BŞTİ-də işə cəlb olunub.

Xəbər lenti