Noyabrın 2-də Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan "Gələcəyə brilliant kimi parlaq addımlarla" layihəsinin açılış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, açılış Abşeron rayon Güzdək qəsəbə tam orta məktəbində baş tutub.
Açılışda Güzdək tam orta məktəbin direktoru Sevil Əliyeva, layihənin eksperti Elvin Axundov, məktəb direktorları və gənc müəllimlər iştirak edib.
Layihənin əsas məqsədi “brilliant.org”da yerləşdirilən 2 fənn üzrə kursları Baku – Oxford Məktəbində fənn müəllimlərinin dəstəyi ilə Azərbaycan dilinə tədris edərək müəllimlərin peşə inkişaflarına ana dilində olan material və kurslar tərəfdən dəstək olmaqdır.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Qeyd edək ki, layihə sentyabrın 15-dən martın 15-dək davam edəcək.