Logo

Media-vizual işıqlandırma üzrə tanınmış mütəxəssis AzMİU tələbələri ilə görüşüb - FOTO

02.11.2022 11:03 249 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən Azərbaycan–İtaliya Dizayn Mərkəzində “Perkins” MMC-nin təsisçisi, müasir media-vizual işıqlandırma üzrə dünyaca tanınmış mütəxəssis İsa Uzunlar və həmin şirkətin əməkdaşı Nicat Xəlilovla tələbələrin görüşü keçirilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşün məqsədi dünya üzrə memarlıq aləmində aktuallıq kəsb edən, ultramüasir media-vizual işıqlandırma texnologiyaları, onların tətbiqi imkanları və şəhərin estetik görkəminə bəxş etdiyi vizual təəssüratlar, bu sahədə olan yeni, ultramüasir təmayüllər və müasir konservasiya problemləri ilə bağlı işığın təqdimat imkanları haqqında tələbələri maarifləndirmək olub.

Görüşdə tələbələrlə yanaşı, pedaqoji heyətin nümayəndələri də iştirak ediblər.

Sonda dinləyicilərin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Xəbər lenti