Logo

Direktorun səs yazısı yayıldığı məktəbə YENİ TƏYİNAT

02.11.2022 10:42 3724 baxış
IMG

Bakı şəhərinin 189-190 nömrəli tam orta məktəbinə yeni direktor təyin edilib.

"Tehsil.biz"in əldə etdiyi məlumata görə, bu vəzifəyə Fayaz Hüseynov təyin olunub.

Qeyd edək ki, F.Hüseynov bundan əvvəl Bakı şəhəri 60 nömrəli tam orta məktəbə və 2 nömrəli Texniki-humanitar liseyə rəhbərlik edib.

Məlumat Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən saytımıza təsdiq edilib.

Xatırladaq ki, 189-190 nömrəli tam orta məktəbə Ceyran Quliyev rəhbərlik edirdi. Onun siniflərdən pul yığılması ilə bağlı səs yazısı yayılmış, C.Quliyeva səs yazısında müəllimlərdən bütün siniflərdən pul yığmağı tələb etmişdi.

Xəbər lenti