Logo

“Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov

31.10.2022 23:59 440 baxış
IMG

“Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O, birinci siniflərə qəbul prosesində rüşvətin artdığını bildirib:

"Müəllimlərin işə qəbul imtahanlarında suallar satılıb. Bununla bağlı açıqlama yaydılar ki, sualları müəllim sızdırıb, deməli, əlbirsiniz. Bundan başqa, birinci siniflərə qəbul prosesində rüşvət artıb. Bakının bəzi məktəbləri var ki, orada birinci sinfə qəbul ərazi prinsipinə əsasən aparılır. Məsələn, 20 nömrəli məktəbə, Əhmədlidə Humanitar-təmayüllü liseydə oxumaq istəyənlər mütləq həmin ərazidə yaşamalıdırlar. Amma mən nazirliyə müraciət edirəm ki, gəlin siyahı təqdim edin, görək həmin şagirdlərin hamısı, həqiqətən də o ərazidəndirmi?”

Ekspertin sözlərinə görə, son iki ildə Azərbaycanın təhsil sistemində rüşvət, korrupsiya, əsassız pul tələbləri, dost-tanışın işə qəbulu adi hala çevrilib:

“Təhsil sahəsində heç bir proses şəffaf deyil. Məsələn, direktor müavinlərinin işə qəbulu həyata keçirilir. Əgər 100 vakant yer varsa, onun 50-ni gözdən pərdə asmaq üçün imtahanla götürürlər, digərlərinin ballarını isə açıqlamırlar. Bu gün birinci sinif rus bölməsinə gedirsən yer yoxdur, amma kimsə gedir adam tapır uşağını istədiyi sinfə, istədiyi müəllimin yanına qoyur. Bu gün dərs saatlarının satılması, vakant yerlərin gizlədilməsi adi hala çevrilib".

Kamran Əsədov qeyd edib ki, son 2 il ərzində təhsil sistemində təyinat alanların tək məqsədi talamaq, təhsili məhv etməkdir.

"Qrant layihələrə pul ayrılır. Hara gedir bu pullar, təhsilin inkişafına? Yalandan dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəmək üçün türk dilində, ingilis dilində kitabları tərcümə edirlər”, - təhsil eksperti bildirib

Xəbər lenti