Logo

12 yaşlı uşaq telefonunu söndürərək evdən qaçıb

31.10.2022 19:16 263 baxış
IMG

Krasnoyarskda oğlan məktəbə gedib, lakin təhsil müəssisəsinə çatmadan yoxa çıxıb. 

Tehsil.biz xəbər verir ki, bu barədə "NGS24.ru" məlumat yayıb.

Yeniyetmənin valideynləri polisə müraciət edərək oğlunun itkin düşdüyünü bildiriblər.

Oğlanın yanında telefonu olub, vaxtaşırı onu söndürüb. Bununla belə, yeniyetmə itkin düşən zaman bəzən telefonu işə salıb və onu axtaran könüllülərin mesajlarını oxuyub.

O, bir gün sonra özbaşına evə qayıdıb. Lakin onun evdən getməsinin səbəbi hələlik məlum deyil.

Xəbər lenti