Logo

"Fibanocci" intellektual yarışının final mərhələsi keçirilib.

31.10.2022 17:29 291 baxış
IMG

8 noyabr - Zəfər Günü ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin dəstəyi ilə VI-IX sinif şagirdlərinin iştirakıyla "Fibanocci" intellektual yarışının final mərhələsi keçirilib. 

Tehsil.biz xəbər verir ki, Final mərhələsində şagirdlər Gəncə şəhər, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının hər birinindın 6 nəfərdən ibarət komandalar şəklində yarışıblar. 

İntellektual yarışının nəticəsinə əsasən Samux rayon məktəblilərindən ibarət olan "Xarıbülbül" komandası I yerə, Goranboy rayon məktəblilərindən ibarət olan "Mübarizçilər" komandası II yerə, Gəncə şəhər məktəblilərindən ibarət olan "Vətən" komandası III yerə, Daşkəsən rayon məktəblilərindən ibarət olan "Zəfər" komandası isə IV yerə layiq görülüb.

 

Xəbər lenti