Logo

Şagirdlərin məsuliyyətinin artırılması

31.10.2022 17:12 912 baxış
IMG

Şagirdlərin məsuliyyətinin artırılması. 

Tehsil.biz bildirir ki, Güman edilir ki, indiki dövrdə şagirdlər dərslərə daha məsuliyyətsiz, əvvəlki enerji ilə yanaşmırlar. Bu vəziyyətin özü başlıca problemlərdən biridir. Bir çox səbəblər saymaq olar. Buna distant təhsilin gətirdiyi ziyanları, ali təhsil müəssisələrinə asan şəkildə ölkə daxili və digər ölkələrə (Türkiyə, Rusiya, Polşa və s) daxil olmaq və başqalarını söyləmək olar. Ən önəmli problemlərdən biri də  9-11-ci siniflərin dərslərdə mütəmadi iştirak etməməsidir. Səbəbi isə buraxılış və qəbul imtahanlarına hazırlaşmalarıdır. Deməli, belə çıxır ki, məktəbə gəlmək vaxt itkisidir. Niyə şagirdlər məktəb vəsaitlərindən hazırlaşmaq əvəzinə digər nəşriyyatların vəsaitlərindən hazırlaşır ? Niyə məktəb kitabları qəbul proqramını özündə cəmləşdirmir ? Artıq məktəblər o vəziyyətdədir ki, şagirdlərin məktəbə gəlib-gəlməməsi önəm kəsb etmir. Əsas odur ki, universitetlərə daxil olsunlar. Bu hal rayon məktəblərində daha qabarıqdır.

Şagirdlərin məsuliyyətinin artırmaq üçün məktəbi şagirdlərə sevdirmək lazımdır. Onları bullinq hallarına məruz qalmasından, fiziki və zehni istismardan qorumaq lazımdır. Şagirdlərimizə insanların cinsiyyətinə görə yox, xarakterinə dəyər vermələrini aşılamaq lazımdır. Təbii ki, bütün bu hallar düzəldildikdə hər bir şagird məktəbə rahatlıqla gələ biləcək, məsuliyyətləri əvvəlkindən daha da artacaqdır. Təbii ki, örnək müəllimlərimiz var. Bunlara nümunə olaraq Leyla Qarayevanı misal göstərmək olar. Bəlkə də ölkəmizin ən sevgi dolu şagirdləri həmin məktəbdədirlər.

Məsuliyyəti artırmaq üçün ilk öncə rayon məktəblərimizdə əsaslı təmir getməlidir. Şagirdləri məktəbə cəlb etməli, onların rahat şəkildə gəlməsini təmin etmək lazımdır.

Digər bir nüans isə erkən nikahla bağlıdır. Erkən nikah dövrümüzün ən aktual mövzularından biridir. Heç bir gəncin təhsil almaq hüququ əlindən alınmamalıdır. Bunun üçün dövlətimiz və xalqımız əlimizdən gələn hər şeyi edirik və edəcəyik. Məktəblərimizdə erkən nikahla bağlı maarifləndirici tədbirlər, çıxışlar təşkil olunur. Bu tədbirlərdə şagirdlərlə yanaşı valideynlər də iştirak etməlidir. Qızlarımız cehizi ilə deyil, diplomu, təhsili ilə fəxr etməlidirlər. Buradan valideynlərə də səslənirəm: "Qızlarınıza artıq yük kimi baxmayın, onlara ər evinin çıxış olmadığı fikrinə düşməsinə imkan yaratmayın". Sizin şiddətli şəkildə evlənməsini istədiyiniz qızlarınız gələcəkdə intihara meyilli olmağa başlayır və sonu da intiharla qurtarır. Gənc qızlarımızın intihar xəbərlərini deyil, təhsil sferasında əldə etdiyi uğurları oxumalıyıq. Son aylar ərzində intihar sayı kəskin şəkildə artmışdır. Bu siyahıya fikir verdikdə tələbə və şagird sayı üstünlük təşkil edir. Valideynlərlə yanaşı ətraf mühitin də intihar hallarında payları var. Mühitimiz o qədər korlanıb ki, artıq insanların üz cizgilərinə belə lağa qoyur, onların kompleks etmələrinə yardımçı oluruq. Aralarında zarafat etdiklərini zənn etsələr də qarşılarındakı insan bunu ciddi bir problem edib, intihara qədər gedir. Buradakı bir çox nüanslara diqqət etdikdə şagirdlərimizlə yanaşı gənclərimizdə təkcə təhsildə deyil, hər bir işdə məsuliyyətli olacağı qaçınılmazdır. Gənclərimizi qoruyaq, gələcəyimizi qoruyaq!

Xəbər lenti