Logo

"Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı" adlı layihənin festivalı keçirilib

31.10.2022 11:25 265 baxış
IMG

"Resurs" Gənclərin İnkişafı ictimai birliyi tərəfindən "Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı" adlı layihənin festivalı keçirilib. 

Tehsil.biz xəbər verir ki, festivalda Salyan rayonunun orta məktəb direktorları, müəllimlər iştirak edib.

Yaradıcılıq festivalında gənclər rəqs, musiqi və rəsm istiqamətində bacarıqlarını nümayiş etdiriblər. 

Bildirək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi Salyan rayonu üzrə istedadlı uşaq və gənclərin müəyyən olunması, yaradıcı rəqabətin artırılması, festivalın köməyilə ünsiyyət və əlaqələrin formalaşdırılmasına şəraitin yaradılması, onlara öz potensialını üzə çıxarmaq üçün yeni imkanlar yaratmaq və gələcəkdə genişmiqyaslı festivallarda iştirakına təkan verməkdən ibarətdir. 

“Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı” layihəsi nəticəsində 3 nominasiya üzrə (rəsm, musiqi və rəqs) seçilmiş 30 nəfər uşaq və gənclər üçün ustad dərsləri (təlimlər) təşkil olunub. Ustad dərslərinə peşəkar təlimçilər və ekspertlər cəlb edilib. 

Qeyd edək ki, “Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı” layihəsi 1 sentyabr - 1 noyabr 2022-ci il tarixləri aralığında həyata keçirilir.

Xəbər lenti