Bildiyimiz kimi, 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib. Bununla əlaqədar təhsil müəssisələrində iş günlərində dəyişiklik edilib.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, beşgünlük iş həftəsi olan təhsil müəssisələrində 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir:
"Altıgünlük iş həftəsi olan təhsil müəssisələrində 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir”.