Logo

Bərdədə məktəb binası qəzalı vəziyyətdədir - VİDEO

31.10.2022 00:00 379 baxış
IMG

Müasir bina, fənn kabinetləri, laboratoriyalar...

Bu, Bərdənin Gərənə kənd məktəbində oxuyan və dərs deyənlərin arzusudur desək, heç də yanılmarıq.

Yenilənən məktəbləri görüb köks ötürənlər qəzalı binada və şəraitsiz otaqlarda təhsil alan Gərənə kənd məktəbliləridir. Pəncərə yerinə dəmir listlər vurulub. Döşəmələr çöküb, divarlar çatlaq vəziyyətdə.

Mindən çox əhalisi olan Gərənə kəndindəki tam orta məktəbinin 309-a yaxın şagirdi var. 48 müəllim də tikilinin şəraitsiz otaqlarında dərs deməyin çətinliyini yaşayır.

Artıq bir neçə aydır ölkə ərazisində yeni dərs ili başlayıb. Ancaq bu sözləri Gərənə kəndinə şamil etmək olmaz. Səbəb isə göz önündədir. Sinif otaqları qəzalı vəziyyətdə odluğundan valideynlər övladlarını məktəbə göndərmək istəmir.

30-dan çox yaşı olan kənd məktəbinin binasındakı iri çatlar, sinif otaqlarında tədrisi həyata keçirməyə imkan vermir.

Məktəbin tavanı çöküb, döşəməsi yamaq-yamaqdır. Sakinlərin sözlərinə görə, mövcud vəziyyətlə əlaqədər olaraq valideynlər ətraf ərazilərdə yeni məktəb axtarışındadırlar. Bəziləri rayon mərkəzində övladlarının təhsilinə üstünlük verirlər.

Bu isə vaxt itkisi və əlavə xərc hesabına başa gəlir.

Məsələ ilə bağlı Qarabağ regional təhsil idarəsinin Bərdə sektorundan bildirilib ki, Gərənə kənd orta məktəbinin qəzalı vəziyyətdə olmasından xəbərləri var. Bununla bağlı aidiyyatı dövlət orqanlarına məlumat verilib. Növbət il üçün təhsil ocağının bərpası nəzərdə tutulub.

Xəbər lenti