Logo

GDU-da qazi və müharibə iştirakçıları ilə görüş keçirilib

30.10.2022 23:05 274 baxış
IMG

Gəncə Dövlət Universitetinin (GDU) Azad Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı çərçivəsində qazi və müharibə iştirakçıları ilə görüş keçirilib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, görüşdən əvvəl tədbir iştirakçıları şəhidlərə həsr edilən xatirə guşəsinin önünə gül dəstələri düzüblər.

Tədbirdə universitetin tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov, humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva, elm və innovasiyalar üzrə prorektor, deputat Pərvin Kərimzadə, rektorun baş müşaviri Asif Cavadov, universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Botanika kafedrasının müdiri professor Vaqif Novruzov qazi və müharibə iştirakçıları iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən, ordumuzun qəhrəmanlıqlarından söhbət açılıb. Qeyd edilib ki, Azərbaycan xalqı məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın güclü, peşəkar ordusu kimi tarix yazdı. Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamaqla, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifini darmadağın etdi. Xalqımız Ali Baş Komandanın ətrafında yumruq tək birləşdi.

Birinci və İkinci Qarabağ müharibəsinin qaziləri, müharibə iştirakçıları çıxış edərək döyüşlərlə bağlı xatirələrini danışıb, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti