Məktəbdə nizam-intizam sistemi daim mövcud olub.
Tehsil.biz bildirir ki, məktəbli tərəfindən nizam-intizam sisteminin pozulması tədris ili ərzində baş verən problemdir.
Oktyabrın 18-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın ictimai müzakirəsi təşkil edilib. Yalnız bu təlimatların verilməsindən sonra bəzi məktəblərdə qayda pozuntuları ilə rastlaşdıq. Məsələn 212 saylı məktəbdə şagird cinsi istismara məruz qalıb, şagirdin biri müəllimi döyüb.
Bu qaydalar təhsil sisteminin inkişafına heç bir müsbət təsir edə bilməz. Bu qərar verilməmişdən əvvəl də məktəb direktorları, direktor müavinləri, sinif rəhbərləri şagirdlərin məktəbədə nizam-intizam qaydalarına riayət etmələrinə nəzarət edirlər.
Ola bilər ki, hər hansı bir məktəbdə qayda pozuntusu olsa belə Elm və Təhsil Nazirliyi, polis idarələri qayda pozuntusunu ictimaiyyətdə yayılan kimi dərhal aradan qaldırırlar.
Onu da qeyd edək ki, biz şagirdlərə qadağalar qoymaqdansa, motivasiya verib dərsləri ilə mütəmadi olaraq maraqlanıb nəzarət etsək, təhsilimiz inkişaf edəcək.
Mark Tven təhsil haqqında maraqlı bir aforizm demişdir: "Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil".
Biz hal-hazırda övladlarımızın beynini boş-boş qayda və qanunlarla yorub təhsillərindən yayındırırıq.