Logo

"Azad Şuşanın qurucu STEAM şagirdləri" layihəsinin ilk təlimi uğurla baş tutub

30.10.2022 21:21 381 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib gəlmiş Şuşa 24 nömrəli ümumi orta məktəbin riyaziyyat-fizika müəllimi Yasəmən Mustafazadənin "Azad Şuşanın qurucu STEAM şagirdləri" layihəsinin ilk təlimi uğurla baş tutub.

Təlimçi Ayaz Məmmədov "Elektriklənmə, atomun quruluşu, metal, qeyri-metal, mikrokontrollerler nədir? Arduino uno kartının incələnməsi, Led haqqında təcrübə" mövzusunda ilk təlimi keçmiş, təlim şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.

Layihədə Şuşa məktəbliləri ilə yanaşı Kəlbəcər 31 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edir.

Xəbər lenti