Logo

Bu regionda müavin vakansiyaları gizlədilib?

30.10.2022 20:32 3131 baxış
IMG

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə boş olan direktor müavini vəzifələrinə vakansiyalar elan edilib.

"Tehsil.biz"in məlumatına görə, lakin bəzi müəllimlər vakansiyaların gizlədilməsini iddia edirlər.

Nəzərinizə çatdıraq ki, həmin vakansiyalar üzrə hazırda müddətli müqavilə ilə işləyən şəxslər olduğu üçün onların vakansiyaya çıxarılması bu il mümkün olmayıb və şübhəsiz ki, növbəti müsabiqədə vakanta çıxarılacaq.

Ümumiyyətlə insanları birdən-birə və kütləvi sürətdə işdən azad edib yerlərini vakanta çıxarmağın düzgün yol olmadığını DİQ müsabiqəsi sübut etdi.

Nəticə göz önündədir və hər 5 məktəbdən birində direktor yoxdur. Bəziləri iddia edirlər ki, direktor müavinləri hökmən gənclərdən təyin edilməlidir. Onda belə çıxır ki, müsabiqə elan olunan zaman yaş həddi təyin edilməlidir? Əgər yaş həddi təyin edilmirsə, bu, o deməkdir ki, onlar müsabiqənin müsahibə mərhələsindən kəsilməlidir?

Bu xəstə təfəkkür sahibləri bilməlidirlər ki, insanlarla belə etmək adekvat yol deyil. Gənclərə üstülük vermək ayrı anlayışdır, hökmən gəncləri vəzifəyə təyin etmək ayrı anlayışdır.

Vəzifəyə ən layiqli insan təyin edilməlidir. Lakin eyni vəzifəyə iki eyni kompetensiyalı adam uyğundursa, bu zaman gənclərə üstünlük verilməlidir.

Xəbər lenti