Logo

Peyvənd olunanların sayı açıqlanıb

30.10.2022 19:38 268 baxış
IMG

Azərbaycanda son sutkada 434 nəfər vaksinasiya olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 99, ikinci doza vaksinlərin sayı 91 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 207, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 37 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 911 037 olub.

Xəbər lenti