Logo

Nazir: "Yaxın vaxtlarda ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılacaq"

30.10.2022 18:57 494 baxış
IMG

"Oktyabrda ali təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları təsdiqlənib".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin canlı yayımında deyib.

Nazir yaxın vaxtlarda ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılacağını bildirib:

"Əsasən bu, məzmun və tədrislə bağlı meyarlardır, istər tələbələrlə iş, istərsə də həmin təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti buraya aiddir. Bununla bağlı müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr həyata keçirilir. Həmçinin ali təhsil müəssisələrinin akkreditasiya hesabatı hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq".

Xəbər lenti