Logo

Şəki məktəbində şəhidin xatirəsi yad edilib

30.10.2022 16:22 242 baxış
IMG

Şəki şəhər 11 nömrəli tam orta məktəbdə DSX-nin əsgəri olmuş şəhid Səbuhi Yaşar oğlu İsgəndərlinin xatirəsinə həsr olunmuş anım günü tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, idarə və sektor əməkdaşları, habelə DSX-nın əməkdaşları, əsgər, gizir və zabitlər, Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak edib.

Anım tədbiri Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun rəşadətli döyüş yolundan, Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətindən bəhs edib.

Çıxışlardan sonra tədbir ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Xəbər lenti