Logo

Bakı Texniki Kollecində şəhidlərə həsr edilən guşə yaradılıb

11.02.2021 13:40 1044 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecində “Şəhidlər ölməz, Vətən bölünməz” adlı guşə açılıb. Məqsəd şəhidlərimizin qəhrəmanlığının gənc nəsillərə örnək olması və onların adlarının yaşadılmasıdır.

 

Tehsil.biz xəbər verir ki, guşədə Milli qəhrəmanlar - Polad Həşimov,  İlqar Mirzəyev, Əlif Hacıyev, Riad Əhmədov və digərləri ilə yanaşı Bakı Texniki Kollecinin də şəhid tələbə və məzunlarının fotoları yer alıb.

 

Qeyd edək ki, Bakı Texniki Kollecinin 30-dan çox tələbə və məzunu 44 günlük Vətən müharibəsində iştirak edib. Onlardan iki nəfəri – Elxan Ramazanov və Elçin Abbasov şəhidlik zirvəsinə ucalıb, üç nəfər isə qazi olub.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

Xəbər lenti