Logo

Azərbaycan təmsilçisi aşpazlıq üzrə beynəlxalq bacarıq yarışında “Mükəmməllik medalı”na layiq görülüb - FOTO

28.10.2022 15:52 326 baxış
IMG

23-26 oktyabr tarixlərində İsveçrənin Lütsern şəhərində baş tutan aşpazlıq üzrə “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışında “WorldSkills Azerbaijan” təmsilçisi Leyla Vəliyeva “Mükəmməllik medalı”na (Medallion of excellence) layiq görülüb.

Tehsil.biz xəbər verir ki, 30 üzv ölkənin 30 iştirakçı ilə təmsil olunduğu yarışın nəticələri “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışının bağlanış mərasimində elan edilib.

Xatırladaq ki, Leyla Vəliyevanın sözügedən yarışa hazırlıq prosesi Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Sayca 46-cı olan “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq yarışı Azərbaycanın qatıldığı ilk irimiqyaslı “WorldSkills” tədbiridir.

 “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti