Logo

Timişoara Banat Aqrar Elmlər və Baytarlıq Universitetinin bir qrup əməkdaşı ADAU-da olub - FOTO

28.10.2022 09:55 466 baxış
IMG

Rumıniyanın Timişoara Banat Aqrar Elmlər və Baytarlıq Universitetinin əməkdaşları professor Örös Adalbert və professor Florin Vasile Prunar Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdədir.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan məlumat verilib.

Qeyd olunub ki, qonaqlarla görüşən Universitetin rektor əvəzi Zəfər Qurbanov ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

Bildirilib ki, ADAU ilə Timişoara Banat Aqrar Elmlər və Baytarlıq Universiteti arasındakı sıx əməkdaşlıq əlaqələri daha da inkişaf etməkdədir.

Çıxış edən Florin Vasile Prunar və Örös Adalbert təmsil etdikləri Torpaqşünaslıq və Ekologiya kafedrasının fəaliyyətindən danışıb. Qonaqlar deyib ki, Aqrar Universitetdə yaradılan laboratoriyalar, müasir avadanlıqlar və təcrübə imkanları kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsi üçün münbit şərait yaradır.

Sonra birgə tədqiqat işlərinin aparılması, müəllim-tələbə mübadiləsi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Xəbər lenti