Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyevanın dəvəti ilə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəylinin “SABAH Magistratura” proqramı çərçivəsində təlim və tədrisin təşkili və metodikası ixtisaslaşmasında təhsil alan tələbələrlə görüşü təşkil olunub.
ADPU-dan bildirilib ki, "Müəllim hazırlığı və işə qəbulu siyasəti: yerli və xarici təcrübənin müqayisəsi" mövzusunda olan görüşün əvvəlində tələbələr Sinqapur, Finlandiya, Yaponiya, Qazaxıstan, Türkiyə və s. ölkələrdə müəllimlərin işə qəbul siyasəti barədə çıxış ediblər.
Spiker tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyət istiqamətləri, ilk dəfə məhz bu mərkəzdə həyata keçirilən qarşılıqlı yerdəyişmə müsabiqəsi, sertifikatlaşdırma prosesi, rəqəmsal bacarıqlar layihəsi, məktəbəqədər müəssisələrdə işə qəbul və s. kimi məsələlərin statistikası və onların təhlili barədə məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.