Logo

Beynəlxalq elm olimpiadasında ölkəmizi təmsil edəcək komanda üzvləri müəyyən olunub

27.10.2022 19:19 462 baxış
IMG

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında bu il ölkəmizi təmsil edəcək komanda üzvləri müəyyən olunub.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib. Qeyd edilib ki, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunan elm yarışıdır. Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər. Cari tədris ilində sözügedən olimpiada dekabrın 2-12-də Kolumbiyanın Boqota şəhərində keçiriləcək.

Oktyabrın 23-də ikinci seçmə imtahanı keçirilib. Birinci seçmə imtahanında uğurla çıxış edən şagirdlər bu imtahana dəvət ediliblər. İmtahanın nəticələrinə əsasən komanda üzvləri seçilib.

Xəbər lenti