Dövlət Gömrük Komitəsinin Akademiyasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası üzrə “Work4CE” konsorsium layihəsi çərçivəsində keçiriləcək beynəlxalq tədbirə hazırlıq məqsədilə iclas keçirilib.
Tehsil.biz xəbər verir ki, akademiya rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə keçirilmiş iclasda layihə çərçivəsində baş tutacaq tədbirlə bağlı fikir mübadiləsi aparıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və zəruri addımlar müzakirə olunub.
Qeyd edək ki, Gömrük Akademiyası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində “Work4CE” konsorsiumunun icraedici strukturunda Azərbaycanı təmsil edir.