Logo

Peyvənd olunanların sayı açıqlanıb

27.10.2022 18:07 254 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus əleyhinə 863 vaksin vurulub.

Bu barədə "Tehsil.biz"ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 318, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 171, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 313, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 909 465 təşkil edir.

Xəbər lenti