Logo

AzMİU-da rəqəmsal transformasiya tələblərinə uyğun kadr hazırlığı məsələsi müzakirə olunub

27.10.2022 17:27 452 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) “WORK4CE” layihəsi çərçivəsində hibrid formatda görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə prorektor Nərgiz Abdullayeva bildirib ki, AzMİU ölkəmizdə beynəlxalq əlaqələrə, beynəlxalq təhsil layihələrinə böyük əhəmiyyət verən və bu layihələr çərçivəsində uğurlu əməkdaşlıqlara imza atan ali təhsil müəssisələrindəndir. AzMİU-nun 2003-cü ildən etibarən Avropa İttifaqının “Erasmus” layihəsinə qoşulduğunu və bir çox beynəlxalq proqramlarda tərəfdaş, rəhbər, koordinator funksiyalarını icra etdiyini vurğulayan Nərgiz Abdullayeva “WORK4CE” layihəsi ilə bağlı da müsbət gözləntilərin olduğunu deyib.

Digər çıxış edənlər “WORK4CE” layihəsi çərçivəsində görülən işlərdən, planlardan danışıblar, layihə ilə bağlı təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, “WORK4CE” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihəyə Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycanın ali təhsil müəssisələri daxildir. 2023-cü ilin noyabr ayınadək davam edəcək layihənin məqsədi Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə, rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanmasıdır. AzMİU-nun bu layihədə iştirakının məqsədi Azərbaycanda şəhərsalma, logistika və idarəetmə üzrə təlim-tədrisin “Sənaye 4.0” tələblərinə, xüsusilə aidiyyəti qurumlarının rəqəmsal transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsini, peşəkar və ixtisaslaşmış kadrlarla təminatını dəstəkləməkdir.

Xəbər lenti