Logo

Pedaqoji Universitetdə “Birlikdə inkişaf edək!” layihəsinə start verilib

27.10.2022 15:01 436 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Birlikdə inkişaf edək!” layihəsinə start verilib.

ADPU-dan bildirilib ki, layihənin məqsədi Şamaxı şəhərinin ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə dəstək olmaqdır.

Layihə ilk olaraq filialın yerləşdiyi Şəhriyar qəsəbəsində A.Babaşov adına tam orta məktəbdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən məktəbin direktoru Nuranə Məmmədova filialın Tələbə Gənclər Təşkilatının irəli sürdüyü layihənin təqdirəlayiq olduğunu qeyd edib. N.Məmmədova məktəbin bütün imkanlarını səfərbər edərək bu layihəyə dəstək verəcəyini bildirib.

Filialın direktoru dosent Tünzalə Yusifova gələcəyin müəllimlərinin yetişdirilməsində aparılan işlərdən və layihənin məqsədindən bəhs edib. Könüllü tələbələrimizin səyi nəticəsində şagirdlərin uğur qazanacağına əminlik ifadə olunub.

Tədbirdə iştirak edən valideynlər belə bir layihənin məhz qəsəbə məktəbində həyata keçirilməsini müsbət hal kimi qiymətləndiriblər.

Xəbər lenti