Logo

Bu məktəblərdə müəllimləri direktor seçir

27.10.2022 12:23 862 baxış
IMG

“Azərbaycanda 25 məktəbdə direktorun həmin məktəbin müəllimlərini seçmək səlahiyyəti var”. 

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev bildirib.

Onun sözlərinə görə, həmin məktəblərin əksəriyyəti Bakıda yerləşir:

“Lakin bununla yanaşı bölgələrimizdə də belə məktəblər var. Bura Bakıda Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü gimnaziyanı, S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasını, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanı, Akademik Zərifə Əliyeva adına liseyi, Avropa liseyini, bölgələrdə Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyi, Şəmkir rayon kimya-biologiya təmayüllü liseyi, Quba fizika, riyaziyyat və informatika təmayüllü liseyi və digər məktəbləri misal göstərmək olar”.

F. Qarayev qeyd edib ki, lakin seçilən şəxslər müəllimlərin işə qəbul imtahanında iştirak etməlidirlər:

"Öncədən işləyən müəllimlərdirsə, diaqnostik qiymətləndirmədə yüksək nəticələri olmalıdır", - F.Qarayev bildirib.

Xəbər lenti