Logo

Bu şagirdlər gimnaziyalara imtahandankənar yerləşdirilə bilər

27.10.2022 11:29 553 baxış
IMG

“Artıq 4, 5, 6 və 7-ci sinifdə oxuyanlar lisey və gimnaziyalara imtahanda iştirak edə biləcəklər".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev deyib.

O bildirib ki, respublika fənn olimpiadalarında və beynəlxalq olimpiadalarda yer tutan yuxarı sinif şagirdləri bu gimnaziyalara imtahandankənar yerləşdirilə bilər:

"Liseylərdə Azərbaycan bölməsində təhsil alan şagird rus bölməsinə keçə bilməz. Amma rus bölməsində oxuyan şagird arzu edərsə, Azərbaycan bölməsində də təhsilini davam edə biləcək. Qəbul imtahanlarının isə iyun ayında keçirilməsi planlaşdırılır”.

"Gələcəkdə ölkə üzrə bütün lisey və gimnaziyalara qəbul mərkəzləşdirilmiş qaydada aparılacaq. Yəni rayonda oxuyan şagird topladığı baldan asılı olaraq gəlib Bakıda da lisey və gimnaziyalarda təhsil ala bilər", - nazirlik rəsmisi qeyd edib.

Xəbər lenti