Logo

Neftçala şəhər Təhsil Sektoruna müdir təyin olunub

26.10.2022 23:53 848 baxış
IMG

Neftçala şəhəri Təhsil Sektorunun müdiri vəzifəsinə təyinat olub.

"Tehsil.biz"in məlumatına görə, bu vəzifənin icrası Cəfərov Nicat Qabil oğluna həvalə edilib.

Nicat Cəfərov 1982-ci ildə Neftçala rayon Qaçaqkənd kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirib. 

2003-2012-ci illərdə Neftçalanın N.Bəşirov adına Qaçaqkənd kənd tam orta məktəbində kimya-biologiya müəllimi, 2012-2022-ci illərdə isə həmin məktəbin direktor vəzifəsində çalışıb.

Xəbər lenti