Bakı Avrasiya Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının təşəbbüsü ilə “Marketinq“ ixtisası üzrə sonuncu kurs tələbələrinə “Karyerada uğurlu yol “ adlı master klass keçirilib.
Tehsil.biz xəbər verir ki, master klass “Veysəloğlu” şirkətinin Biznes inkişafı üzrə şöbə müdiri Əlövsət İsmayılov tərəfindən keçirilib.
Görüşü giriş sözü ilə “Regionşünaslıq və iqtisadiyyat“ fakültəsinin dekanı, fəlsəfə doktoru, dosent M.Rəhimov açaraq qonağa universitet rəhbərliyi adından öz təşəkkürünü bildirib. Həmçinin görüşdə kafedra müdiri İ.Aslanova və əməkdaşları iştirak edib.
Marketinq ixtisası üzrə təhsil alan tələbələrə professional bacarıqlar, şirkətin təcrübə proqramları haqqında geniş məlumat verilib. Ə.İsmayılov marketoloq peşəsinin incəlikləri, əmək bazarında qoyulan tələblər, uğura nail olmaq üzrə öz tövsiyyələrini verib.
Tədbirin sonunda Ə.İsmayılov tələbələrin çoxsaylı suallarını cavablandırıb.
İqtidsadiyyat və idarəetmə kafedrası tərəfindən bu kimi görüşlərin mütəmadi olaraq digər ixtisasların tələbələri üçün də keçirilməsi planlaşdırılır.