Logo

Şəhid anası və şəhid oğlu məktəb direktoru təyin olundu - FOTO

26.10.2022 13:44 3224 baxış
IMG

Azərbaycanda şəhid anası və şəhid oğlu məktəb direktoru təyin olunub.

Bu barədə "Tehsil.biz"ə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev müvafiq əmri imzalayıb.

Qərara əsasən, Zəngilan rayon 11 nömrəli tam orta məktəbin tarix müəllimi Zeynalov Camal Dadaş oğlu Zəngilan rayon 23 nömrəli tam orta məktəbə, Zəngilan rayon 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədli Aygün Məmməd qızı isə həmin məktəbə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, C.Zeynalovun atası Dadaş Zeynalov Qarabağ müharibəsində, 1993-cü ildə Zəngilan şəhəri ərazisində, A.Məmmədlinin oğlu Müşfiq Orucov isə Aprel döyüşlərində, 2016-cı ilin aprel ayında Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Xəbər lenti