Logo

Peyvənd olunanların sayı açıqlanıb

25.10.2022 19:37 270 baxış
IMG

Azərbaycanda son gündə koronavirus əleyhinə 834 vaksin vurulub.

Bu barədə "Tehsil.biz"ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 390, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 114, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 275, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 55 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 907 933 təşkil edir.

Xəbər lenti