Logo

Gürcüstanın elm və təhsil naziri Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub - FOTO

25.10.2022 19:20 315 baxış
IMG

Gürcüstanın elm və təhsil naziri Mixail Çxenkeli Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində olan əməkdaşlığın peşə təhsili istiqamətində də davam etdirilməsinin vacibliyi vurğulanıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov qeyd edib ki, iki ölkənin qabaqcıl peşə təhsili müəssisələri arasında müxtəlif istiqamətli fəaliyyətlərin həyata keçirilməsi gələcəkdə bu sahənin qarşılıqlı inkişafı üçün əhəmiyyətli başlanğıc ola bilər.

Daha sonra qonağa mərkəzdə yaradılan şərait haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, peşə təhsili müəssisəsində əsasən İKT, avtomobil, mexanika, sənaye istiqamətlərinə aid ixtisaslar tədris olunur, Koreya ekspertləri tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur.

Tədris otaqları və emalatxanalarla tanış olan nümayəndə heyəti müxtəlif ixtisaslarda dərs prosesini izləyiblər.

Xəbər lenti