Logo

ADAU tələbələri Şəmkir “Vitamin VIO” MMC-də olublar

25.10.2022 17:55 280 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsil alan bir qrup tələbə Şəmkir “Vitamin VIO” MMC-yə səfər ediblər.

Tehsil.biz xəbər verir ki, burada salınmış intensiv meyvə bağlarına, əkin sahələrinə baş çəkilib.

İntensiv bağçılığın inkişafı üçün görülən tədbirlər və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti