Logo

BDU könüllüləri Azərbaycan İstiqlal Muzeyini ziyarət ediblər

25.10.2022 10:45 457 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi üzrə könüllüləri Azərbaycan İstiqlal Muzeyini ziyarət ediblər.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Muzeydə xalqımızın qədim dövrlərdən indiyə kimi azadlıq, müstəqillik uğrunda mübarizəsinə dair 20 minədək eksponat nümayiş olunur. Muzeyin yaradılmasında məqsəd Azərbaycan xalqının istiqlalı uğrunda apardığı mübarizənin mərhələlərini ardıcıl əks etdirməkdir.

Tələbələr nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər materiallar ilə tanış olublar.

Xəbər lenti