Logo

Qubadlının işğaldan azad olunmasından iki il ötür

25.10.2022 00:03 381 baxış
IMG

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümüdür.

Tehsil biz xəbər verir ki, Azərbaycan ordusu 44 günlük Vətən müharibəsinin 25 oktyabr tarixində Qubadlı şəhərini işğaldan azad edib.

Həmin tarixdə Zəngilanın Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri, Cəbrayılın Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu kəndləri işğaldan azad olunub.

Bundan başqa, ordumuz Qubadlının Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini düşməndən təmizləyib.

Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.

Xəbər lenti