Logo

Ölkələrdə tədris hansı durumdadır? - ARAŞDIRMA

11.02.2021 00:12 85 baxış
IMG

Tehsil.biz-in xarici ölkələrdə tədrisin vəziyyəti üzrə araşdırmasını təqdim edirik:

 

1. Avstraliya  - Paradoksal olaraq,ərazisinə görə bu cür böyük bir ölkədə kiçik bir əhali yaşayır Uzaq bölgələrdə məktəblərə həmişə rast gəlinmir,buna görə təhsil müəssisələrindən çox uzaqda yaşayan uşaqlar radiodan istifadə edərək(distant)təhsil alırlar.

 

2. Hindistan  - Həddindən artıq əhalisinin çox olması səbəbindən çox böyük məktəblərin tikilməsinə qərar verildi.Buna görə dünyanın ən böyük məktəbi Hindistanda yerləşir və orada 32 minə yaxın şagird təhsil alır.

 

3. Çin  - Ən çox ev tapşırıqlarına görə dünyada bu ölkə birinci yerdədir. Hətda şagirdlərin əksəriyyəti məktəblərdə yaşayır,yalnız istirahət günlərində evə gəlir.

 

4. Fransız  məktəblərində -tədris ili ən qısa,lakin məktəb günü ən uzundur.

 

 5. Kanadanın  iki dövlət dili olduğu üçün ordakı  uşaqlarda normal olaraq iki dildə – İngilis və Fransız dillərində təhsil alırlar.

 

 6. Braziliya - Bu ölkədə nahar yeməyini ailə ilə birlikdə etmək çox vacib sayılir.Uşaqların nahar vaxtı təhsillərini bitirib və ailələri ilə birlikdə yeməyə evə qayıtması üçün məktəb günü çox erkən başlayır – səhər yeddidə.Dərs gününün bu cür erkən başlaması onları o qədər də incitmir,çünki yeni gün üçün onların dərslərini etməyə və dincəlməyə çox vaxtları qalır.

 

 7. Hollandiyada  uşaqlar dörd yaşında,məktəb yaşına çatdıqdan sonra məktəbə gedirlər. 

 

 8. İtaliya  - Dünyada ən kiçik  məktəb İtaliyanın Turin şəhərindədi,orada yalnız bir uşaq oxuyur.

 

9. Banqladeşdə  üzən qayıq məktəbləri görə bilərsiniz.Bu ölkədə sellərin yaratdıqları fəsadların məktəblərə mənfi təsirinə görə bu problemi həll etmək üçün bir seçim idi.Bu qayıqlarda İnternet və kitabxanalar da daxil olmaqla sizə lazım olan hər şey var.

 

 10. İslandiya  çox sərt iqlimi olan bir ölkədir və isti trikotaj geyimlərə böyük tələbat var.Bəlkə də buna görə burada məktəb tədris proqramında toxuculuq fənni var.

 

 11. Yapon  məktəbində tədris ili aprel ayında başlayır.

Xəbər lenti