Azərbaycan məktəbliləri ilk dəfə “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak ediblər.
Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, 16-23 oktyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində təşkil olunan beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunub.
Sözügedən yarışda məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş və 1 bürünc medal qazanıblar. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) gümüş medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə bürünc medal qazanıblar.