Logo

Rüşvətə görə işdən çıxarılan direktora başqa vəzifə verilməyib - RƏSMİ+YENİLƏNİB

22.10.2022 15:47 1036 baxış
IMG

Sosial şəbəkələrdə səs yazısı yayılmış İbrahimova Esmira Famil qızının məktəb direktoru vəzifəsindən azad edilərək, Abşeron-Xızı Regional Təhsil İdarəsinə metodist vəzifəsinə təyin edilməsi haqqında deyilənlər həqiqəti əks etdirmir.

Tehsil.biz xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, adıçəkilən şəxs 2012-ci ildən keçmiş Sumqayıt şəhər Təhsil Şöbəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodist vəzifəsində çalışır.

"Həmçinin Esmira İbrahimova bir neçə il öncə vakant olan Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən 32 nömrəli tam orta məktəbə Sumqayıt şəhər təhsil şöbəsi tərəfindən müvəqqəti direktor əvəzi vəzifəsinə təyin edilib. Bu müddət ərzində həmin məktəbin direktor vəzifəsi müntəzəm olaraq direktorların işə qəbulu müsabiqəsinə vakant yer kimi elan edilmiş, lakin vəzifə tutulmadığından Esmira İbrahimova direktor səlahiyyətlərinin müvəqqəti icrasını davam etdirmişdir.

Cari ilin sentyabr ayında məlum səs yazısı aşkara çıxdıqdan sonra Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılmış və 19.09.2022-ci il tarixli K-239 nömrəli əmrlə direktor vəzifəsinin həvaləsi Esmira İbrahimovadan götürülmüşdür. Eləcə də məsələ ilə əlaqədar şəhər Prokurorluğunda araşdırma başlanılmışdır. Araşdırmanın nəticəsinə əsasən, Esmira İbrahimova barəsində müvafiq tədbir görüləcək.

Təəssüflə bildiririk ki, bəzi media qurumları məsələnin mahiyyətinə varmadan həqiqi olmayan məlumatı yaymaqla doğru xəbər prinsipinə əməl etmirlər”, - idarənin məlumatında qeyd olunub.

12:09

Bir müddət əvvəl vatsapda müəllimlərə səs ataraq təmir pulu adı ilə 50 manat tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıt şəhər 32 nömrəli orta məktəbin direktoru Esmira İbrahimovanın Sumqayıt şəhər üzrə təhsil şöbəsində metodist vəzifəsinə təyin olunması məsələsinə aydınlıq gətirilib.

"Tehsil.biz"in məlumatına görə, Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) "Trend"ə bildirilib ki, Esmira İbrahimova 08.05.2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışır.

Məktəb direktorluğu fəaliyyətində və işində yol verdiyi nöqsanlara və xətalara görə tutduğu vəzifədən azad edilib. Hazırda AXRTİ-də metodist vəzifəsində çalışmaqdadır.

Qeyd edək ki, müəllimlərdən rüşvət tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıt şəhər 32 saylı orta məktəbin sabiq direktoru Esmira İbrahimovanın yenidən başqa vəzifəyə gətirilməsi barədə xəbər yayılmışdı.

Xəbər lenti