Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) bir qrup aktiv tələbəsi Heydər Əliyev Mərkəzində olub.
Tehsil.biz xəbər verir ki, ekskursiya çərçivəsində tələbələr “Azərbaycan xalçası-ilmələrin rəqsi”, "Azərbaycan inciləri: tarixin axarında" sərgiləri ilə tanış olublar.
Bundan başqa, Heydər Əliyev Muzeyində Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən məlumatlar, foto, video materiallar və unikal eksponatlar da tələbələrə nümayiş etdirilib.
Ekskursiyanın təşkilində əsas məqsəd Akademiya tələbələrinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə, şanlı tariximizə sədaqət ruhunda yetişdirilməsinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılmasına dəstək verməkdir.








