Logo

AƏSMA-nın prorektoru Təşəkkürnamə ilə təltif edilib - FOTO

22.10.2022 13:10 582 baxış
IMG

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar Bİnəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə təntənəli dövlət tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) YAP GB-nin üzvləri təşkilatçı qismində iştirak edib. Akademiyanın 2-ci kurs tələbəsi Carçallı Cavidə partiya vəsiqəsi başçı Elxan Allahverdiyev tərəfindən təqdim olunub.

Eyni zamanda AƏSMA-nın prorektoru Fərhad Möhbalıyev YAP-ın və İcra hakimiyyətinin fəaliyyət prossesində daimi olaraq təşkilati dəstək verdiyi üçün Təşəkkürnamə ilə təltif edilib.

Xəbər lenti