Logo

Ağbənd qəsəbəsinin işğaldan azad edilməsindən 2 il ötür

22.10.2022 01:08 394 baxış
IMG

Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad edilməsindən iki il ötür.

Tehsil.biz xəbər verir ki, Ağbəndin azadlığına qovuşması ilə 30 ilədək işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.

2020-ci il oktyabrın 22-də bir sıra kəndlər də işğaldan azad olunub.

Azərbaycan hərbçiləri Füzulinin Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndlərini, Cəbrayılın isə Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad ediblər. 

Zəngilanın isə Kolluqışlaq, Malatkeşin, Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Qeyd edək ki, Ağbənd qəsəbəsi 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Xəbər lenti