Logo

Bakı məktəbində müəllim şagirdə şillə vurub? - AÇIQLAMA

21.10.2022 17:37 3717 baxış
IMG

Paytaxtın Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə çalışan müəllimin 2008-ci il təvəllüdlü oğlana şillə vurması məsələsinə aydınlıq gətirilib.

Məsələ ilə bağlı sözügedən məktəbdən "Tehsil.biz"ə bildirilib ki, 20 oktyabr 2022-ci il tarixində 8M sinfinin fizika dərsində şagird (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) müəllimə qarşı kobud rəftar edib:

"Müəllimin dəftər-kitabını çıxarmaq, yazı yazmaq tələbinə riayət etmədiyi üçün müəllim şagirdin qolundan yapışaraq sakit oturmasını tələb edib.

Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, müəllimin izahatı alınıb, “Məktəblinin dostu”nun və sinif yoldaşlarının iştirakı ilə həmin şagirdlə müvafiq söhbət aparılıb. Nəticədə müəllim tərəfindən şagirdə heç bir fiziki şiddət göstərilmədiyi aydın olub.

Bu baxımdan şagirdin valideyni məktəbə çağırılıb və ona şikayətinin əsassız olduğu bildirilib".

Qeyd edək ki, Binə qəsəbə sakini, 1992-ci il təvəllüdlü ananın 3-cü Polis Şöbəsinə müraciət edərək oğluna 218 saylı məktəbdə müəllim işləyən şəxs tərəfindən şillə vurulması barədə məlumat verməsi ilə bağlı xəbərlər yayılmışdı.

Xəbər lenti