Logo

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

21.10.2022 14:35 365 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, Elmi Şurada BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun 10 fakültəsi üzrə 64 nəfər professor vəzifəsinə təsdiqlənib.

Daha sonra cari məsələlərə baxılıb.

Elmi Şuranın qərarına əsasən, tədris fəaliyyətinə cəlb edilən işçilərin əməyinin saathesabı qaydada ödənilməsinin məbləği artırılıb. Bu məbləğ 1 saata görə professor və ya elmlər doktorları üçün 10 manatdan 15 manata, dosent və ya fəlsəfə doktorları üçün 7 manat 50 qəpikdən 11 manata, elmi adı və ya dərəcəsi olmayan müəllimlər üçün 5 manatdan 7 manat 50 qəpiyə qaldırılıb.

Elmi Şura həmçinin 2022-ci il üçün BDU-nun doktoranturasına qəbulun nəticələrini təsdiqləyib.

Xəbər lenti