Logo

X siniflərə qeydiyyata gecikən şagirdlər məktəblərə qəbul üçün müraciət edə bilərlər

21.10.2022 13:57 528 baxış
IMG

Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul şagird yerdəyişməsi (https://sy.edu.az) elektron sistemi vasitəsilə aparılır. Müraciət üçün son gün 31 oktyabr 2022-ci il müəyyən edilib.

Qeyd edək ki, 17 oktyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilib.

Xəbər lenti