Logo

ADNSU ilə Ankara Universiteti arasında birgə kadr hazırlığı məsələləri müzakirə olunub

21.10.2022 11:49 261 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə Ankara Universitetinin rektoru professor Necdet Ünüvarla görüşüb.

Bu barədə ADNSU-dan məlumat verilib.

Görüş zamanı universitetlər arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Xüsusilə kompüter mühəndisliyi, kimya mühəndisliyi və kibertəhlükəsizlik sahəsində ikili əlaqələrin gücləndirilməsi, birgə kadr hazırlığı məsələləri, məqsədli elmi layihələrin işlənib hazırlanılması və transfer texnologiya mərkəzləri arasında əlaqələrin qurulması ilə bağlı geniş fikir mübadiləsi aparılıb

Xəbər lenti