Logo

ADNSU-nun kollektivi icbari tibbi sığorta barədə maarifləndirilib

21.10.2022 11:18 222 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi maarifləndirmə tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tələbə və müəllim heyətinin iştirak etdiyi tədbirdə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin baş məsləhətçisi Elvin Abbasov icbari tibbi sığorta haqqında geniş təqdimatla çıxış edib.

Təqdimatda icbari tibbi sığorta sisteminin məqsədi, sistemdən istifadə qaydaları, sığorta haqları, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, müraciət formaları, tibbi xidmətlərdən istifadə qaydası, həmçinin sığorta xidmətlərinin həyata keçirildiyi tibb müəssisələri və s. haqqında məlumat verib.

Sonra suallar cavablandırılıb.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyət istiqamətinə uyğun olaraq, icbari tibbi sığortanın təbliği və bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Xəbər lenti