Logo

BSU-da “Təhsil Qrantı” müsabiqəsi ilə bağlı infosessiya təşkil olunub

21.10.2022 11:02 241 baxış
IMG

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Gənclər Fondunun elan etdiyi “Təhsil Qrantı ” müsabiqəsi ilə bağlı infosessiya təşkil olunub.

BSU-dan bildirilib ki, tədbirdə çıxış edən Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Faiq Məmmədov istedadlı tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı müsabiqənin əsas məqsədinin təhsilin gənclər üçün əlçatanlığını təmin etmək olduğunu bildirib.

Fondun əməkdaşı İbrahim Mehdiyev müsabiqənin şərtləri və qeydiyyat prosesi haqqında ətraflı məlumat verib.

Sonda müsabiqə ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti