Logo

BANM tələbəsinin layihəsi Qrant Müsabiqəsinin qalibi olub

20.10.2022 21:43 281 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) sədri, Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Aysu Zamanovanın layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun həyata keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olub.

Tehsil.biz xəbər verir ki, müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləməkdir.

Eyni zamanda dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən ictimai fəal gənclərin layihə təkliflərini qrant şəklində maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaq da layihənin əsas məramlarından biridir.

Xəbər lenti